...

Radikal müxalifət Piter Semnebiyə həbs olunmuş fəallarına işgəncə verilməsi təsvir olunan videomateriallar təqdim edib

Siyasət Materials 18 İyun 2009 18:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müxbir N.Kirsxaliya /

Radikal müxalifət Piter Semnebiyə hələ KİV-ə bəlli olmayan videomateriallar təqdim edib. Bu barədə Aİ-nın Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşdən sonra Mühafizəkar partiyanın liderlərindən biri Kaxa Kukava bildirib.  

Onun sözlərinə əsasən, sözügedən materiallarda son günlərdə polsi tərəfindən saxlanılan şəxslərə işgəncə verilməsi barədə konkret məlumat var. Kukava qeyd edib ki, materillarda bu şəxslərin hansı yollarla ifadə verməyə məcbur edildiyi göstərilir. 

"Bu faktların qarşısı alınmalı və araşdırılmalıdır. Əks halda, Saakaşvili ölkəni yeni qarşıdurmaya sürükləyəcək", - deyə mühafizəkarlar liderlərindən biri bəyan edib. O, Aİ-nin hazırkı materiallara reaksiya verəcəyinə ümid etdiyini bildirib.

Kukavanın sözlərinə əsasən, Semnebi ilə, həmçinin hakimiyyətlə dialoq məsələsi də müzakirə edilib. Müxalifətçilər qonağa dioloqun mümkün olmamasının səbəblərini aydınlaşdırıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti