...

Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 1 İyul 2009 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama uyğun olaraq, ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 əməkdaşı "Vətən uğrunda", 19 əməkdaşı isə "İgidliyə görə" medalları ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti