...

Türkiyənin hakim partiyasının nümayəndələrinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 7 İyul 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının Gənclər Birliyinin dəvəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

"Türkiyənin hakim partiyasının Gənclər Birliyinin sədri, partiyanın idarə heyətinin üzvü Fatih Şahinin başçılıq etdiyi beşnəfərlik nümayəndə heyətinin səfəri iyulun 9-da başlayacaq", - Trend -un məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının saytında bildirilib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Səfərdə əsas məqsəd YAP Gənclər Birliynin təşəbbüsü ilə keçiriləcək ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş "Bir millət, iki dövlət: Münasibətlərin inkişafında Heydər Əliyev fenomeni - gənc liderlərin gözü ilə" adlı konfransda iştirak etməkdir.
Bundan başqa nümayəndə heyətinin bir sıra görüşlər keçirməsi və Azərbaycanın bəzi bölgələrinə səfəri nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti