...

Vaşinqtonda Azərbaycan-ABŞ hərbi məsləhətləşmələri keçiriləcək – səfir

Siyasət Materials 8 İyul 2009 12:44 (UTC +04:00)
Vaşinqtonda Azərbaycan-ABŞ hərbi məsləhətləşmələri keçiriləcək – səfir

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir S.Ağayeva /

İyulun sonunda Vaşiqtonda Azərbaycan-ABŞ hərbi məsləhətləşmələri keçiriləcək, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan XİN-in 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirib.

Diplomatın sözlərinə əsasən, müzakirələrin əsas mövzusunu iki ölkənin hərbi-texniki sahədə əməkdaşlığı təşkil edəcək.

Azərbaycan hərbi-texniki sahədə dünyanın təxminən 30 ölkəsi ilə əməkdaşlıq edir. 20 dövlət ilə müdafiə nazirləri səviyyəsində əməkdaşlıq üçün danışıqlar aparılır. Onların bəziləri ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti