...

Azərbaycanda Niderland Krallığının səfirliyi açılacaq

Siyasət Materials 9 İyul 2009 09:00 (UTC +04:00)
Azərbaycanda Niderland Krallığının səfirliyi açılacaq

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Y.Ostapenko /

Niderlandın Nazirlər Kabineti Azərbaycan paytaxtında səfirlik açmaqla bağlı qərar qəbul edib. Bu barədə Haaqadan telefonla Xarici İşlər Nazirliyinin mətbuat katibi Aad Meyer məlumat verib.

Səfirliyin açılması təklifini Niderlandın xarici işlər naziri Maksime Ferhaqen (Maxime Verhagen) irəli sürüb.

Səfirlik Niderland müəssisələrinın mənafeyi üçün çalışacaq və energetika sahəsində əməkdaşlıqla məşğul olacaq.

Niderland səfiri Avropa Birliyinin Bakıdakı digər səfirləri ilə, eləcə də Tbilisi və Ankaradakı səfirliklərlə sıx əlaqədə işləyəcək.   

Azərbaycanın Niderlanddakı səfirliyi 2007-ci ildə açılıb. Səfir Fuad İsgəndərovdur.

Azərbaycanın Niderland ilə mal dövriyyəsi 2009-cu ilin yanvar-aprel aylarında 17,8 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti