...

ABŞ İranla münasibətlərdə səbrli olmalıdır – ekspert

Siyasət Materials 10 İyul 2009 13:25 (UTC +04:00)
ABŞ İranla münasibətlərdə səbrli olmalıdır – ekspert

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir T.Konnyayeva /

Beynalxalq siyasət üzrə Sakit okean şurasının prezidenti Cerald Qrin hesab edir ki, Barak Obama administrasiyasının xarici siyasət kursu Buş administrasiyasının apardığı siyasətdən fərqlənir. Hazırda onun müsbət və mənfi tərəflərini qiymətləndirmək çətindir.

"Obamanın Qahirə Universitetində çıxışı maraqlı idi və ABŞ-ın yeni administrasiyasının dialoqa hazır olduğunu göstərdi", - deyə Qrin cümə günü Azərbaycan Prezidenti yanında  Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı qeyd edib.   

"Obama prezident vəzifəsinə seçildikdən sonra Yaxın Şərq regionuna məsul şəxsləri təyin etdi, belə ki, o, bunun xüsusi vacibliyini başa düşür", - deyə Qrin bildirib.

Onun sözlərinə əsasən, kimsə Obama siyasətini sadəlövh siyasət kimi qəbul edə bilər, "lakin mən hesab edirəm ki, bu kursa hörmət etmək lazımdır".

"Şübhəsiz, Birləşmiş Ştatlar tez bir zamanda İranın etibarını qazana bilməyəcək, ABŞ üçün vacib olan səbrli olmaqdır. Biz saatlara baxaraq vaxt çərçivəsi qoymamalıyıq. Əsas - Tehranın Vaşinqtona etibarlı münasibətinin təməlinin qoyulmasıdır. Bu regionda prioritetləri əvvəlcədən müəyyən etmək vacibdir", - deyə ekspert hesab edir.

Qrin Obamanın İranı beynəlxalq cəmiyyətə cəlb etməyə nail olacağına əminliyini bildirib.

"Mənə elə gəlir ki, ABŞ siyasətinin çatışmayan cəhətlərindən biri İran haqqında kifayət qədər məlumatın olmamasıdır. Obama administrasiyası hakimiyyətə gələnə qədər keçirilən qısa görüşlər regionda ümumi mənzərənin formalaşdırılması üçün kifayət etmir", - deyə Qrin hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti