...

Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Siyasət Materials 10 İyul 2009 17:46 (UTC +04:00)
Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan, Bakı, 10 iyul / Trend / 

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayzanı (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

Məlumatda qeyd edilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti