...

ABŞ Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirəcək – Dövlət katibinin müavini

Siyasət Materials 11 İyul 2009 12:49 (UTC +04:00)
ABŞ Qəbələ RLS-dən istifadə məsələsini nəzərdən keçirəcək – Dövlət katibinin müavini

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir E.Ostapenko /

ABŞ Dövlət katibinin müavini Ceyms Staynberq güman edir ki, Qəbələ radiolokasiya stansiyasının (RLS) potensialı var və ABŞ ondan raket əleyhinə sistem kimi istifadə məsələsini nəzərdən keçirəcək.

"Belə ki, biz  müxtəlif imkanlar haqqında düşündüyümüzə görə Qəbələ RLS-in də təbii ki, potensialı mövcuddur. Biz bu imkanı nəzərdən keçirmək niyyətindəyik", - deyə şənbə günü jurnalistlərə Bakıda iki günlük rəsmi səfərdə olan Staynberq bildirib.

Onun sözlərinə əsasən, ABŞ Qəbələ RLS-in istifadəsinin Azərbaycan hökuməti ilə razılaşdırılmalı olduğunu anlayır. O, qeyd edib ki, dünən axşam onun belə imkanı olub.

Qəbələ RLS Azərbaycanın şimal-qərbində yerləşir. Stansiya SSRİ-nin raketəleyhinə sisteminin vacib elementlərindən biri kimi sovet dövründə inşa edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasət həyatındakı bütün dəyişikliklərə baxmayaraq stansiyanın istifadəsini davam etdirib.

Raketəleyhinə müdafiə sisteminin (RMS) üçüncü mövqe qalxan rolu ilə bağlı mübahisələrlə əlaqədar olaraq Qəbələ stansiyasının istifadəsi məsələsi aktuallıq qazanıb.

ABŞ-;n əvvəlki administrasiyası 2013-cü ildə Polşada on raket tutanın yerləşdirilməsini, həmçinin İrandan gözlənilən raket təhlükələrini dəf etmək bəhanəsilə Çexiyada radar yerləşdirməsini planlaşdırırdı. Rusiya bu sistemlərin onun təhlüksəzliyinə hədə olacağından ehtiyat edir.

Obama administrasiyası RMS yerləşdirilməsi planlarından imtina etməyib. Belə ki, o, Moskva ilə bu məsələ ilə bağlı məsləhətləşməyə hazırdır.

Staynberqin sözlərinə əsasən, ABŞ və Rusiya prezidentləri Barak Obama və Dmitri Medvedyevin Moskvada bazar ertəsi keçirilən görüşündə onlar Rusiya nümayəndələri ilə raketəleyhinə müdafi sahəsində əməkdaşlıq imkanları haqqında geniş müzakirələr aparıb. Onlar əməkdaşlıq üçün imkanlar tapmaq üzrə razılığa gəliblər.

"Əlbəttə, rusiyalı tərəfdaşlarımız ilə biz əməkdaşlıq imkanları nöqteyi nəzərindən ilkin mərhələdəyik. Lakin ABŞ Prezidenti əməkdaşlığın son və qəti yollarının axtarılmasının bizim üçün prioritet məsələ olduğunu dəqiq şəkildə bildirib, Qəbələ RLS bu müzakirələrin bir hissəsi ola bilər", -  deyə Staynberq bildirib.++

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti