...

Azərbaycanda siyasi və vətəndaş haqları ilə bağlı vəziyyət BMT-də müzakirə ediləcək

Siyasət Materials 13 İyul 2009 20:54 (UTC +04:00)
Azərbaycanda siyasi və vətəndaş haqları ilə bağlı vəziyyət BMT-də müzakirə ediləcək

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Y.Ostapenko /

Azərbaycanda insan haqları ilə bağlı məruzə BMT-nin İnsan haqları üzrə komitəsində iyulun 20-də müzakirə ediləcək.

BMT-nin Nyu York şöbəsində bazar ertəsi BMT-nin İnsan haqları üzrə komitəsinin 96-cı iclası işə başlayıb. Gündəlikdə Tanzaniya, Niderland, Çad, Azərbaycan, Argentina, Ekvador, Meksika, Yeni Zellandiya və Özbəkistan hökumətlərinin ölkələrindəki siyasi və vətəndaş haqları ilə bağlı vəziyyət durur.

Hesabat verənlərin rəsmi məruzələrindən əlavə qeyri-hökumət təşkilatlarının nümayəndəlinin çıxışlarına yer ayrılacaq və ayrı-ayrı şəxslərin məlumatlarına baxılacaq.

BMT-nin İnsan haqları üzrə komitəsi Beynəlxalq paktın siyasi və vətəndaş hüquqları qanununa uyğun olaraq yaradılıb. Komitə 18 ekspertdən ibarətdir və üzv-dövlətlərin pakt tərəfindən qəbul edilən siyasi və vətəndaş hüquqlarının həyata keçirilməsi barədə görülən tədbirlərin və bu sahədə uğurların məruzələrini mütəmadi olaraq baxışdan keçirir.  

Siyasi və vətəndaş hüquqları haqqında beynəlxalq pakt BMT Baş Assambleyası tərəfindən 1966-cı ildə qəbul edilib və 1976-cı ildə qüvvəyə minib.

Sənəddə hər kəsin yaşama hüququ, azad düşüncə, əqidə və din azadlığı tanınır. Paktda qeyd olunur ki, heç kim işgəncə və ya kobud, qeyri-insani, eləcə də şərəf və ləyaqəti alçaldan hərəkətlərə məruz qalmamalıdır. Heç kim qul kimi saxlanılmamalı və zorla hər hansı işə cəlb edilməməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti