...

Gürcüstanın radikal müxalifəti Cozef Baydenin səfərinə bir gün qalmış müraciət yayıb

Siyasət Materials 21 İyul 2009 19:29 (UTC +04:00)
Gürcüstanın Radikal müxalifəti ABŞ-ın vitse-prerzidenti Cozef Baydenin Gürcüstana səfərini dəstəkləyir. Onun səfərinə bir gün qalmış müxalifət liderləri xüsusi müraciət yayıb.
Gürcüstanın radikal müxalifəti Cozef Baydenin səfərinə bir gün qalmış müraciət yayıb

Gürcüstan, Tbilisi, 21 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın radikal müxalifəti ABŞ-ın vitse-prerzidenti Cozef Baydenin Gürcüstana səfərini dəstəkləyir. Onun səfərinə bir gün qalmış müxalifət liderləri xüsusi müraciət yayıb.

Bu gün bəyanatın mətnini Azadlıq meydanında "Vahid Gürcüstan naminə hərakat"ın baş katibi Eka Beseliya elan edib. Ondan başqa müraciətin təqdim edilməsində radikal müxalifətin digər liderləri də iştirak edib.

"Dəyişikliklərin vaxtı gəlib çatıb və bunun üçün müxalifətin birliyi və xalqın dəstəyi vacibdir", - "Gürcüstan yolu" partiyasının lideri Salome Zurabişvili bildirib.

Müraciətdə Gürcüstan dəyərlərinə və müxalifətin hesab etdiyi kimi ölkəni bugünkü ağır vəziyyətə salan bir sıra məsələlərə diqqət ayrılıb."Saakaşvili "qızılgül inqilabı" idealına və xalqa xəyanət edib. O, avtoritarizm yolunda dayanıb. Özünün səhvləri ilə Saakaşvili Gürcüstanı ölkənin Avroatlantika strukturuna daxil olması üzrə gələcək perspektivlərdən məhrum edib. Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi əvəzinə o, ölkəni müharibəyə sürükləyib", - müraciətdə deyilir.

Müxalifət liderləri ABŞ-ın yeni administrasiyasından demokratik institutların bərqərar olunmasına yönələn hərəkətlər gözləyir. Müxalifət ümid edir ki, ABŞ-ın köməkliyi ilə Gürcüstanın mükəmməl ordusu, müstəqil məhkəməsi və siyasətləşdirilməmiş polisi olacaq. Bundan əlavə ABŞ-ın yeni administrasiyasının yanaşması Gürcüstan əhalisinin azad seçki hüququnu qaytarmasına kömək edəcək.

Söz gedən müraciəti müxalifət liderləri Cozef Baydenin səfəri ərəfəsində Azadlıq meydanında iyulun 22-də saat 19:00-da nəzərdə tutulan mitinqdə də oxuyacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti