...

Azərbaycanda dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub - nazir müavini

Siyasət Materials 31 İyul 2009 16:10 (UTC +04:00)
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1271, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70, dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub. İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 38 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 17 təqsirləndirilən şəxsin yeri müəyyən edilib
Azərbaycanda dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub - nazir müavini

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanda bu il ərzində 11 180 cinayət qeydə alınıb və onların 95, 5 faizi (10 680) daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olub.

"Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1271, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70, dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub. İnterpolun Azərbaycanda Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 38 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 17 təqsirləndirilən şəxsin yeri müəyyən edilib", - Trend -un məlumatına görə, bu barədə cümə günü daxili işlər nazirinin müavini Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsində bildirib.

Nazir müavini deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 7,5 faiz çox olsa da, bu artım əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin hesabına baş verib. Cinayətlərin ağır və xüsusilə ağır növləri bütövlükdə sabit qalıb, onların içində qəsdən adam öldürmələr 9,9 faiz, quldurluqlar 23 faiz, hədə-qorxu ilə tələbetmələr 18,2 faiz azalıb.

Adamları girovgötürmə və banditizm cinayətləri, ümumiyyətlə, qeydə alınmayıb.

Cinayətlərin açılması 85,9 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 81,8 faiz təşkil edib. Prokurorluq orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalan 227 cinayət açılıb. Axtarışda qalan təqsirləndirilən şəxslərin sayı 2008-ci ilin 6 ayı ilə müqayisədə 9,9 faiz azalıb. Cinayətkarların axtarışı işinin göstəricisi bütövlükdə 50,6 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti