...

Azərbaycanda əcnəbi vətəndaşlardan narkotik vasitə müsadirə olunub

Siyasət Materials 3 Avqust 2009 12:41 (UTC +04:00)
Bakı-İstanbul reysi ilə uçmaq istəyən Kamboca vətəndaşından narkotik vasitə aşkarlanıb.
Azərbaycanda əcnəbi vətəndaşlardan narkotik vasitə müsadirə olunub

Azərbaycan, Bakı, 03 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Bakı-İstanbul reysi ilə uçmaq istəyən Kamboca vətəndaşından narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a bildirilib ki, Sak Makaraya məxsus çamadana Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən çamadanın astarının altında gizlədilmiş 2395 qram heroin aşkar edilib.

İlkin araşdırma zamanı Sak Makaranın içərisində narkotik vasitə olan çamadanı Bakı şəhərində Sanni adlı şəxsdən qəbul etdiyi və İstanbul şəhərində tranzit keçirməklə Çinə aparmalı olduğu müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Sanni adlı şəxsin Nigeriya vətəndaşı Odeh Emmanuel olduğu müəyyənləşdirilib və o saxlanılıb.
Onun yaşadığı Yasamal rayonu, M.F. Axundov küçəsində yerləşən 107 saylı evdə olan 4 kiloqrama yaxın heroin aşkarlanaraq müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti