Gürcüstan, Tbilisi, 05 avqust / Trend , müxbir N.Kirsxaliya /
Parlament və qeyri-parlament müxalifətinin bir hissəsi arasında qarşıdakı Tbilisi merinin seçkiləri ilə bağlı məsləhətləşmələr başlayıb.
"Biz özümüz" partiyasının lideri, parlamentin vitse-spikeri Paata Davitaya yerli özünüidarəetmə orqanlarına seçkilərdə blokun yaradılmasını istisna etmir. "Bu məqsədlə artıq məsləhətləşmələr aparılır", - Davitaya bunun konkret hansı partiya ilə olduğunu dəqiqləşdirməyərək jurnalistlərə deyib.
Davitaya Tbilisi merinin seçkiləri zamanı müxalifət spektrinin birləşməsini və vahid namizədlə çıxış etməsini məqsəduyğun hesab edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]