Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Türkiyə və Hindistandakı səfirliklərinə göyərtəsində beş Azərbaycan vətəndaşının da olduğu türk gəmisinin Hindistan sahillərində saxlanması ilə bağlı məsələni aydınlaşdırmaq tapşırılıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Hindistan sahillərində Türkiyənin "ECE A Tanker Grup" şirkətinə məxsus gəmi saxlanılıb. Türkiyə bayrağı altında üzən gəminin ekipajı beş Azərbaycan, 10 Türkiyə və bir Gürcüstan vətəndaşından ibarətdir.
"Azərbaycanın Türkiyə və Hindistandakı səfirlikləri sözügedən məsələnin aydınlaşdırılması məqsədi ilə tədbirlər görür", - mətbuat xidmətindən bildirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]