...

Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edildi

Siyasət Materials 17 Avqust 2009 20:33 (UTC +04:00)
Sərəncamla Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.
Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edildi

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin hesabına maliyyələşdirilməsi müəyyən edilib.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti