Türkiyənin daxili işlər naziri Bəşir Atalay şənbə günü bəyan edib ki, Türkiyə kürd probleminin həlli yolunda böyük irəliləyiş əldə edib, Anadolu informasiya agentliyi xəbər verir.
Atalay hökumətin "demokratik addımı" çərçivəsində vətəndaş təşkilatı ilə görüşdən sonra jurnalistlərə müsahibə verib. O bildirib ki, Türkiyə ictimaiyyəti terrorun səbəb olduğu ağrı və əziyyətlərlə yaxşı tanışdır.
"Biz inanırıq ki, "demokratik addım" çərçivəsində kürd probleminin həllinə kompromis yanaşma yolu ilə öz səylərimiz nəticəsində nail ola biləcəyik. İnanıram ki, biz bu prosesdə böyük irəliləyiş əldə etmişik", - Atalay bildirib.
Nazir müxalifətin kəskin reaksiyasına şərh verməkdən imtina edib.
"Mən niyə şərhlərdən imtina edirəm? Ona görə ki, bu problem siyasi mübahisələr ilə həll edilə bilməz", - o bildirib.
İyulda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, onun hökuməti kürd probleminin həllinə başlayır və Daxili İşlər Nazirliyinə bu tapşırığın koordinasiyası tapşırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]