Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində, eləcə də Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri barədə bağlı fikir mübadiləsi aparılıb.