...

Azərbaycanda saxta diplom satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Siyasət Materials 1 Sentyabr 2009 15:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə axşamı Trend News-a bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Elçin İsmayılov və Azərbaycan Beynəlxalq Universitetinin (ABU) dosenti İradə İmanova və Emil Şahbazov saxta diplomu 1600 manata satarkən saxlanılıblar.
Azərbaycanda saxta diplom satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib - DİN

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda saxta diplom satışı ilə məşğul olan alim və müəllimlərdən ibarət dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə axşamı Trend -a bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Elçin İsmayılov və Azərbaycan Beynəlxalq Universitetinin (ABU) dosenti İradə İmanova və Emil Şahbazov saxta diplomu 1600 manata satarkən saxlanılıblar.

Zahidov deyib ki, onlar cinayət əlaqəsinə girərək Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Məktəbləri nəzdində fəaliyyət göstərən Beynəlxalq Tədqiqi Kosmonavtika İnstitutunun saxta diplomunu satmaq istərkən tutulublar.

Fakt üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1) maddəsi ilə cinayət işi başlanıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti