Rusiya ilə NATO arasındakı münasibətlər Gürcüstanın marağına uyğun olaraq nizamlanmayacaq – ekspertlər

Siyasət Materials 2 Sentyabr 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Rusiya ilə NATO arasındakı münasibətlər Gürcüstanın marağına uyğun olaraq nizamlanmayacaq. Gürcü ekspertləri Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının rəsmləşdirilməsinin mümkünlüyünə belə reaksiya verdilər.

Ekspert Giya Nodiyinin sözlərinə görə, Gürcüstan ilə Rusiya arasındakı münasibətlər ittifaqın maraqları çərçivəsindədir. Çünki Gürcüstan Moskva və NATO-nun əsas problemlərindən biridir.

"Lakin bu, Gürcüstanın maraqlarına uyğun olaraq baş verməməlidir. Bizim Qərb həmkarlarımız vəziyyəti başa düşür və Gürcüstana öz prinsipial maraqlarından imtina etməsi üçün hər hansı bir təzyiq göstərmirlər", - o qeyd edib.

Politoloq Soso Sinsadzenin sözlərinə görə, Gürcüstan Qərb üçün strateji əhəmiyyət daşıyır.

"Əfqanıstan konyuktur hadisə sayılır və müharibə orada gec-tez başa çatacaq, lakin Ukrayna, Gürcüstan və digər postsovet ölkələri Qərb üçün strateji əhəmiyət daşıyır. Məhz bu səbəbdən Qərb taktiki hadisəni strategiyaya dəyişmir", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti