Bu gün İran Parlamenti təqdim edilən yeni Nazilər Kabinetinin namizədləri üzrə səsvermə keçirib. Təqdim edilən 21 namizəddən 18 nəfərin namizədliyisəs çoxluğu ilə dəstəklənib, üç namizəd isə səs çoxluğu qaza bilməyib. Bu barədə birbaşa efirdə İranın xəbər kanalı İRİNN xəbər verib.
Sənaye naziri Əli Əkbər Mehriban: lehinə -153, əleyhinə - 103, bitərəf - 27.
Mədəniyyət naziri Məhəmməd Hüseyni: lehinə - 194, əleyhinə 61, bitərəf - 31.
Daxili işlər naziri Mustafa Məhəmməd Nacar: lehinə - 182, əleyhinə 75, bitərəf -25.
Elm naziri Kamran Daneşcu: lehinə - 186, əleyhinə 75, bitərəf -20 .
Şəhərsalma və mənzil naziri Əli Nikzad: lehinə - 219, əleyhinə - 40, bitərəf - 27.
Neft naziri Masud Mirkezami: lehinə - 147, əleyhinə - 118, bitərəf - 19.
Enerji naziri Məhəmməd Əliabadi: lehinə - 117, əleyhinə - 137Ş bitərəf - 32.
Əmək naziri Abdulrza Şeyxulislam: lehinə - 193, əleyhinə - 63, bitərəf- 30.
Prokurorluq naziri Murtaza Baxtiyari: lehinə 225, əleyhinə 36, bitərəf - 23.
Müdafiə naziri Əhməd Vahidi: lehinə - 227, əleyhinə - 54, bitərəf - 5.
Nəqliyyat naziri Həmid Behbaxani: lehinə - 167, əleyhinə 83, bitərəf - 33.
Sosial müdafiə naziri Fatima Acerlu: lehinə - 76, əleyhinə 181, bitərəf - 29.
Təhsil naziri Süsən Keşaverz: lehinə -49, əleyhinə 209, bitərəf -28.
Rabitə naziri Rza Taqipur: lehinə - 197, əleyhinə 62, bitərəf - 27.
Təhlükəsizlik naziri Heydər Musləhi: lehinə - 194, əleyhinə - 67, bitərəf - 25.
İqtisadiyyat naziri Şəmsəddin Hüseyni: lehinə - 224, əleyhinə - 41, bitərəf - 21.
Xarici işlər naziri Manuçehr Muttaki: lehinə - 173, əleyhinə - 29, bitərəf - 34.
Ticarət naziri Мehdi Qəzənfəri: lehinə - 158, əleyhinə - 91, bitərəf - 37.
Səhiyyə naziri Мərziyə Vahid Dəstcerdi: lehinə- 185, əleyhinə - 82, bitərəf - 29.
Kənd təsərrüfatı naziri Sadiq Xalilan: lehinə - 200, əleyhinə - 54, bitərəf - 32.
Kooperativlər naziri Мəhəmməd Аbbasi: lehinə - 163, əleyhinə - 83, bitərəf - 37.
İran Parlamenti iclasın beşinci günündə neft və enerji nazirləri vəzifəsinə namizədliklərin müzakirəsini həyata keçirib. İran Prezidenti Mahmud Əhmədinejad bir saat ərzində yeni Nazirlər Kabinetinin müdafiəsi ilə bağlı və yeni hökumət proqramı ilə çıxış edib. Əhmədinejadın çıxışından sonra parlament üzvləri səsverməyə başlayıblar.
Parlament tərəfindən yeni Nazirlər Kabinetinin müzakirəsi ötən bazar günü başlayıb. Bugünkü iclasda 286 parlamentari iştirak edib. İlk dəfə olaraq hər bir namizəd üzrə ayrıca qutu olmaqla 21 seçki qutusu hazırlanıb. Nazirlər Kabinetinin tərkibində 21 nazir (sənaye, mədəniyyət, xarici işlər naziri, elm, şəhərsalma və mənzil, neft, energetika, əmək, prokurorluq, müdafiə, nəqliyyat, sosial müdafiə, təhsil, rabitə, təhlükəsizlik, iqtisadiyyat, daxili işlər, ticarət, səhiyyə, kənd təsərrüfatı, kooperativ ) yer almalıdır.
Əhmədinejad iyunun 12-də İranda keçirilən prezident seçkilərində qələbə qazanıb. Məğlub olan müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və onların ləğvini tələb edib. Tehranda baş verən kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, yüz nəfərə yaxın şəxs yaralanıb.
İranın Nəzarət Şurası tərəfindən keçirilən səslərin bir hissəsinin yenidən hesablanması prezident seçkilərinin nəticələrinə təsir göstərməyib, seçkilərin qalibi Əhmədinejad olub.