...

Azərbaycan Prezidenti türk həmkarına başsağlığı verib

Siyasət Materials 9 Sentyabr 2009 19:47 (UTC +04:00)
Dövlət başçısı Türkiyədə baş vermiş irimiqyaslı təbii fəlakətin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca sarsıldığını bildirib.
Azərbaycan Prezidenti türk həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü türk həmkarı Abdullah Gülə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Türkiyədə baş vermiş irimiqyaslı təbii fəlakətin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca sarsıldığını bildirib.

İlham Əliyev Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti