Gürcüstan, Tbilisi, 14 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
ABŞ-ın dövlət katibinin köməkçisi Tina Kaydanov Tbilisidə rəsmi səfərdədir. Trend -a Gürcüstan XİN-dən bildirilən məlumata əsasən, hazırda Kaydanovun xarici işlər naziri Qriqol Vaşadze ilə görüşü keçirilir.
Bu görüşdən sonra mətbuat konfransı keçiriləcək, bundan sonra isə Vaşadze Bakıya səfər edəcək.
Səfər çərçivəsində Kaydanov Gürcüstanın hökumət, həmçinin müxalifət, parlament və qeyri-parlament nümayəndələri ilə görüşlər keçirəcək.
Kaydanov bu vəzifədə Metyu Brayzanı əvəz edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]