...

Obama administrasiyasının Avropada RƏM sisteminin yerləşdirilməsindən imtina barədə qərarı qeyri-səmərəlidir – Praqa Vətəndaş İnstitutunun direktoru

Siyasət Materials 17 Sentyabr 2009 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Obama adminstrasiyasının Mərkəzi Avropada raket əleyhinə müdafiə (RƏM) sistemi yerləşdirilməsi proqramından imtina barədə qərarı təəssüf ki, uzaqgörən deyil və qeyri-səmərəlidir. Praqa Vətəndaş İnstitutunun direktoru Roman Yox belə hesab edir.

"ABŞ İranın raket və nüvə proqramını ciddi qiymətləndirmir, buna görə də belə bir qərar yüz minlərlə insanın həyatı üçün ciddi təhlükələr yarada bilər", - Yox elektron poçtla Trend -a bildirilib.

Çexiya KİV-in diplomatik mənbəyə istinadən məlumat verdiyinə görə, ABŞ Prezidenti Barak Obama cümə axşamı Çexiyanın baş naziri Yan Fişerə ABŞ-ın Çexiya ərazisində RƏM sisteminin yerləşdirilməsindən imtinası barədə məlumat verib. Bu barədə RİA Novosti yazır.

Ekspertin fikrincə, qərarın səbəblərindən asılı olmayaraq, bu, Obama administrasiyasının Rusiyanı sakitləşdirmək cəhdi kimi və bu səbəbdən Moskva qarşısında Obamanın zəifliyi əlaməti kimi qarşılanacaq. "Bu yalnız "yaxın xaric" adlanan məkanda rus avantürizmini həvəsləndirəcək", - Yox deyib.

"Avropada RƏM-dən imtina ABŞ-ın müttəfiqlərinə, yəni Mərkəzi Avropaya münasibətdə düşmən aktıdır", - ekspert hesab edir.

"Belə bir addım göstərə bilər ki, Obamanın müttəfiqlərə ehtiyacı yoxdur və bu səbəbdən Obama onları itirə bilər, - Yox deyib. - Obama müttəfiqlərinə qarşı (Böyük Britaniya, Polşa, İsrail, Çexiya, Honduras) soyuq və hətta düşmən münasibətdə olmaqla və xarici düşmənlər (Şimali Koreya, İran, Venesuela) üçün xeyirxah olmaqla ABŞ-ı təklikdə - müttəfiqlərsiz vəziyyətdə qoymaqda risk edir".

"Bu qərar təəssüf ki, birtərəfli üstünlük aktı oldu", - ekspert hesab edir.

"Obama müttəfiqlərlə mələhətləşmədi, o sadəcə birtərəfli qaydada qərar qəbul etdi - bu, onlara qarşı etinasızlığı ifadə edir", - Yox deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti