...

Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Sentyabr 2009 15:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat verib.
Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat verib.

Avqustun 5-də Türkiyə Böyük Millət Məclisinin sədri seçildiyini vurğulayan Məhmət Əli Şahin ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu bildirib. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısına toxunan qonaq parlamentlərarası münasibətlərin xalqlar arasında əlaqələrin inkişafındakı önəmini qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, dövlət başçıları tərəfindən əsası qoyulan ənənənin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələrimiz arasında olan münasibətlərin yüksək göstəricisidir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısının əhəmiyyətindən danışan dövlət başçısı əlaqələrin bu formatda da uğurlu olacağını deyib. Bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünə toxunan Prezident İlham Əliyev bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini türkdilli xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb.

Türkiyə-Ermənistan münasibətlərinə gəlincə,  Məhmət Əli Şahin deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.

Xəbər lenti

Xəbər lenti