...

Türkmənistan yüksək inkişaf etmiş dövlətin qurulması yolunda irəliləyir

Siyasət Materials 7 Oktyabr 2009 18:20 (UTC +04:00)
Türkmənistan bütün potensialın xalqın şəratinin yaxşılaşdırılması istiqamətində yönəldiyi və bütün ölkələrlə qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdiyi yüksək inkişaf etmiş dövlətin qurulması yolunda irəliləyir. Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Türkmənistan Prezidentinin BMT Baş Assambleyasının 64-cü iclasındakı çıxışına həsr edilən mətbuat konfransında bildirib.
Türkmənistan yüksək inkişaf etmiş dövlətin qurulması yolunda irəliləyir

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir V.Javoronkova/

Türkmənistan bütün potensialın xalqın şəratinin yaxşılaşdırılması istiqamətində yönəldiyi və bütün ölkələrlə qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdiyi yüksək inkişaf etmiş dövlətin qurulması yolunda irəliləyir. Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov bu gün Türkmənistan Prezidentinin BMT Baş Assambleyasının 64-cü iclasındakı çıxışına həsr edilən mətbuat konfransında bildirib.

Səfir Prezident Qurbanqulu Berdimuhammedovun çıxışına istinadən qeyd edib ki, Türkmənistan qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla qardaşlıq və yaxşı qonşuluq əlaqələrinin genişlənməsində maraqlıdır.

Baş Asambleyanın 64-cü sessiyasında ümumsiyasi müzakirələr zamanı Türkmənistan Prezidenti BMT-nin Mərkəzi Asiya üçün preventiv diplomatiya üzrə regional mərkəzinin Əfqanıstandakı vəziyyətin nizamlanması üzrə daha geniş şəkildə səy göstərilməyə cəlb edilməsini təklif edib. O həmçinin dünya enerji məkanında əlaqələrin yeni universal modelinin yaradılması barədə də danışıb.

Türkmənistan Prezidentinin bəyanatına görə, indiki ümumdünyəvi reallıqlar dünyada təhlükəsizliyin təmin edilməsi, gələcək inkişaf üçün şəraitin yaradılması, müasir dünya sabitliyinin fundamentində dayanan hüquqi və mənəvi dəyərlərin saxlanılması məqsədi ilə dövlətlərin və iri beynəlxalq təşkilatların daha sıx qarşılıqlı əlaqədə olmasını tələb edir.

Onun sözlərinə görə, bu məqsədlər BMT tərəfindən əhəmiyyətli sayılmadıqca, həyata keçirilə bilməz.

"Birləşmiş Millətlər Təşkilatı beynəlxalq əlaqələrin ədalətli sisteminin qurulmasında dövlətlərin yaradıcı fəaliyyətinə dayaq olmalıdır", - Berdimuhammedov BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.

Çıxışı zamanı Türkmənistan Prezidenti həmçinin yeni beynəlxalq təşəbbüslər təklif edib: enerji daşıyıcılarının tranziti üzrə beynəlxalq-hüquqi sənədlərin işlənib hazırlanması üzrə tövsiyələrin hazırlanması üçün ekspert qrupunun yaradılması, Mərkəzi Asiya və Xəzər regionunda regional problematikanın müzakirəsi üçün daimi fəaliyyət göstərən mexanizmlərin yaradılması, 2010-cu ilin birinci yarısında Aşqabadda Mərkəzi Asiya regionu və Xəzər hövzəsində silahsızlaşdırma problematikasına həsr olunan beynəlxalq konfransın keçirilməsi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti