...

Azərbaycan Prezidentinin Əmmanın Alhummar sarayında rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 12 Oktyabr 2009 14:48 (UTC +04:00)
İordaniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İordaniya Kralı II Abdullah və kraliça Raniyə Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə qarşılayıblar.
Azərbaycan Prezidentinin Əmmanın Alhummar sarayında rəsmi qarşılanma mərasimi olub

Oktyabrın 12-də İordaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Əmmanın Alhummar sarayında rəsmi qarşılanma mərasimi olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

İordaniyanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İordaniya Kralı II Abdullah və kraliça Raniyə Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə qarşılayıblar.

İordaniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri Kral II Abdullaha təqdim olunub.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və İordaniyanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti