...

Böyük Britaniya Gürcüstanın suverenliyini şübhə altında qoymayacaq - XİN

Siyasət Materials 12 Oktyabr 2009 20:27 (UTC +04:00)
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Londonda səfərdə olan Gürcüstan xarici siyasət idarəsinin başçısı Qriqol Vaşadze ilə görüşü zamanı bəyan edib ki, onun ölkəsi heç vaxt Gürcüstanın suverenliyini şübhə altında qoymayacaq, Vaşadze öz ingilis həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.
Böyük Britaniya Gürcüstanın suverenliyini şübhə altında qoymayacaq - XİN

Gürcüstan, Tbilisi, 12 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Londonda səfərdə olan Gürcüstan xarici siyasət idarəsinin başçısı Qriqol Vaşadze ilə görüşü zamanı bəyan edib ki, onun ölkəsi heç vaxt Gürcüstanın suverenliyini şübhə altında qoymayacaq, Vaşadze öz ingilis həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, Milibend bir daha təsdiq edib ki, Böyük Britaniya Gürcüstanın sadiq tərəfdaşı olaraq qalır və onun NATO və Aİ-yə daxil olmasını dəstəkləyir.

"Böyük Britaniyanın xarici işlər naziri bəyan etdi ki, Britaniya və Aİ Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və bu ərazilərə işğal edilmiş ərazilər kimi baxır", - Vaşadze deyib.

O həmçinin qeyd edib ki, Gürcüstan və Aİ-nin yaxınlaşması prosesi barədə söhbət aparılıb.

Gürcüstanın nümayəndə heyəti rəsmi görüşlərdən əlavə ikitərəfli məsləhətləşmələrdə də iştirak edəcək. Xarici siyasət idarəsinin başçısı oktyabrın 13-də parlament üzvü Uilyam Xeyqlə və Müdafiə Komitəsinin sədri Ceyms Arbatnotsla görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti