...

Gələn həftə Ekvador Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq - gürcü leyboristləri

Siyasət Materials 20 Oktyabr 2009 19:48 (UTC +04:00)
Gələn həftə Ekvador Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq. Bu barədə Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili deyib.
Gələn həftə Ekvador Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq - gürcü leyboristləri

Gürcüstan, Tbilisi, 20 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gələn həftə Ekvador Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq. Bu barədə Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili deyib.

Onun sözlərinə görə, onda informasiya var ki, Ekvador Prezidenti Rafael Korrea gələn həftə Moskvaya səfəri çərçivəsində bu barədə rəsmi açıqlama verəcək.

Natelaşvili deyib ki, Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə bağlı Leyboristlər Partiyası bir daha Saakaşvili və onun hökumətini "Hollivud oynamağa" son qoymağa və bu dağıdıcı prosesi dayandırmaq üçün dərhal Aİ, ABŞ və dünyanın inkişaf etmiş cəmiyyətləri ilə danışıqlar aparmağa başlamağa çağırır.

Məqalə müəlllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti