...

Azərbaycan Prezidenti çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 27 Oktyabr 2009 18:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Prezidenti Vatslav Klausa ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Prezidenti Vatslav Klausa ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün dost ölkələrimizin bir çox sahələrdə əməkdaşlığa qarşılıqlı marağı, Avropa strukturlarına inteqrasiya yolunda həyata keçirdiyimiz siyasətin ölkəniz tərəfindən fəal dəstəklənməsi məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Çexiya münasibətlərinin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində inkişafı istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti