...

Los-Anceles Universitetində Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub

Siyasət Materials 6 Noyabr 2009 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev /

ABŞ və Rusiyanın Avrasiya məkanında, gələcək regional enerji layihələrində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində və Türkiyə-Ermənistan münasibətlərində rolu ABŞ-da Cənubi Kaliforniya Universitetində müzakirə edilib. Bu barədə cümə günü Trend -a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Qafqaz regionunda siyasət və təhləkəsizliyə Azərbaycanın baxışına həsr olunmuş seminarda universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Robert İnqliş və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, həmçinin universitetin müəllim və tələbələri çıxış ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti