...

Azərbaycan Parlamentinin aparat rəhbəri Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb

Siyasət Materials 6 Noyabr 2009 17:46 (UTC +04:00)
"Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının bir qrup dinləyicisi ilə görüşüb", - cümə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin aparat rəhbəri Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin aparat rəhbəri Diplomatiya Akademiyasının dinləyiciləri ilə görüşüb.

"Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının bir qrup dinləyicisi ilə görüşüb", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Mirzəyev parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi, aparatın müvafiq şöbələrinin işi barədə onlara ətraflı məlumat verib. "Milli Məclisdə dünyanın 72 ölkəsinin parlamentləri ilə dostluq qruplarının fəaliyyət göstərdiyi, qanunverici orqanlar arasında belə əməkdaşlığın ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində və möhkəmlənməsində mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki, ölkənin əsas sənədi - Konstitusiya əsasında formalaşan Milli Məclisdə 11 komitə, 2 təşkilati komitə fəaliyyət göstərir", - məlumatda vurğulanır.

Mirzəyev Milli Məclisin dünyanın 9 ən nüfuzlu beynəlxalq parlament təşkilatının tamhüquqlu və assosiativ üzvü olduğunu xatırladıb. "Qeyd edilib ki, bu qurumlarda Azərbaycanın mövqelərinin müdafiə olunması və ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında deputatlarımız səmərəli fəaliyyət göstərirlər", - mətbuat xidmətinin məlumatında əlavə olunur.

Tədbirdə deputatlarımızın Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, daimi nümayəndəlikləri və konsulluqları ilə sıx əməkdaşlığı barədə məlumat verilib. Bu əməkdaşlığın Azərbaycan Prezidentinin xarici siyasətinin həyata keçirilməsində əhəmiyyəti vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti