...

Yaponiyada "GUAM-Yaponiya" çərçivəsində turizmə həsr olunan seminar keçiriləcək

Siyasət Materials 16 Noyabr 2009 13:11 (UTC +04:00)
Noyabrın 15-dən 23-nə kimi Yaponiyada "GUAM-Yaponiya" çərçivəsində turizmə həsr olunan seminar keçiriləcək, Yaponiyanın Azərbaycandakı səfirliyinin yaydığı press-relizdə deyilir.
Yaponiyada "GUAM-Yaponiya" çərçivəsində turizmə həsr olunan seminar keçiriləcək

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Noyabrın 15-dən 23-nə kimi Yaponiyada "GUAM-Yaponiya" çərçivəsində turizmə həsr olunan seminar keçiriləcək, Yaponiyanın Azərbaycandakı səfirliyinin yaydığı press-relizdə deyilir.

Seminarda turizm məsələləri ilə məşğul olan Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM ölkələrinin hökumət məmurları və Yaponiya hökuməti tərəfindən tədbirdə iştirak etmək üçün dəvət olunan təşkilatın katibliyinin üzvləri iştirak edəcəklər, press-relizdə deyilir.

Seminarda GUAM ölkələrinin turizm potensialı təqdim olunacaq, turistlərin bu ölkələrə, o cümlədən Yaponiyaya səfərlərə cəlb edilməsi məsələləri müzkairə olunacaq.

Sözügedən seminar "GUAM-Yaponiya"nın 2009-cu ilin fevralında Tokioda keçirilən dördüncü görüşünün nəticəsidir. Həmin görüşdə tərəflər turimz sahəsində əməkdaşlıq yollarını müzakirə ediblər, press-relizdə deyilir.

Xəbər lenti

Xəbər lenti