...

Azərbaycan Prezidenti Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 26 Noyabr 2009 14:35 (UTC +04:00)
Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev kollektivi mərkəzin açılışı münasibətilə təbrik edib. Həkim Nəzakət Abdurrazaqova göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidenti Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev kollektivi mərkəzin açılışı münasibətilə təbrik edib.
Həkim Nəzakət Abdurrazaqova göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Dövlətimizin başçısı səhiyyə ocağının açılışını bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.

Təməli 2007-ci il martın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş və sahəsi 1,5 hektar olan mərkəzin inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Tikintinin ümumi sahəsi 7 min kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800 kvadratmetrdir. Üçmərtəbəli binada qəbul, inzibati, funksional diaqnoqsika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompyuter tomoqrafiya və rentgen şöbələri fəaliyyət göstərir. Birinci mərtəbədə 60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə 30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq xaricdən gətirilib.

Mərkəzin həyətində 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, su anbarı, qazanxana tikilib və yardımçı elektrik stansiyası quraşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti