...

Gürcüstan Prezidenti iqlim dəyişikliklərinə həsr olunmuş konfransda iştirak edəcək

Siyasət Materials 16 Dekabr 2009 12:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Kopenhagendə keçirilən iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək. Gürcüstanın Prezident Administrasiyasının xəbər verdiyi kimi, Prezident Danimarkaya çərşənbə günü yola düşəcək.

Dekabrın 17-si konfrans çərçirəsində Saakaşvilinin çıxışı planlaşdırılır.

"Bu konfrans dünyanın müxtəlif ölkələrindən mötəbər şəxslər iştirak etdiyinə görə mühümdür", -Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Saakaşvilinin Kopenhagenə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti yüksək səviyyədə ikitərəfli görüşlər də keçirəcək.

Xəbər lenti

Xəbər lenti