...

Azərbaycan Prezidentinin Ukraynaya səfəri planlaşdırılır – səfir Boris Klimçuk

Siyasət Materials 24 Dekabr 2009 13:55 (UTC +04:00)
Ukrayna tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə səfərini gözləyir, bu gün Ukraynanın səfiri Boris Klimçuk Bakıda mətbuat-konfransında deyib.
Azərbaycan Prezidentinin Ukraynaya səfəri planlaşdırılır – səfir Boris Klimçuk

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir U. Sadıqova/

Ukrayna tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə səfərini gözləyir, bu gün Ukraynanın səfiri Boris Klimçuk Bakıda mətbuat-konfransında deyib.

"Biz Azərbaycan Prezidentinin Ukraynaya səfərini təşkil etməyi planlaşdırırıq, tarixlər ölkədəki prezident seçkilərinin nəticələrindən asılı olaraq müəyyən ediləcək", - səfir deyib.

Ukraynada seçki kampaniyası oktyabrın 19-dan başlayıb. Seçkilər 2010-cu il yanvarın 17-də keçiriləcək.

Klimçukun sözlərinə görə, Ukrayna höküməti formalaşdırıldıqdan sonra Kiyevdə hökümətlərarası komissiyanın növbəti iclası gözlənilir.

Azərbaycanla Ukrayna arasında mal dövriyyəsi 2009-cu ilin yanvar-oktyabr aylarında 473,9 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti