...

Azərbaycan Prezidenti Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarına müraciət edib

Siyasət Materials 25 Dekabr 2009 19:13 (UTC +04:00)
Dövlət başçısı qurultay iştirakçılarını salamlayıb və ölkəmizin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarına müraciət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı qurultay iştirakçılarını salamlayıb və ölkəmizin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkənin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində gənclərin əldə etdikləri müvəffəqiyyətlər hər bir vətəndaşın qəlbində qürur hissi oyadır.

Prezident İlham Əliyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis olunmasını gənclərin azərbaycançılıq məfkurəsi işığında sıx birləşməyə doğru atılan mühüm addım kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti