Türkmənistan, Aşqabad, 05 yanvar / Trend , müxbir H.Həsənov/
İran Prezidenti Mahmud Əhmədinecat Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədovu Tehrana səfər etməyə dəvət edib.
Həmin təklif məmnuniyyətlə qəbul olunub. Səfərin vaxtı diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq. Bu barədə məlumatı danışıqlara yaxın olan mənbə verib.
Əhmədinecat bu gün, yanvarın 6-da Türkmənistanın Marıy regionunda istismara veriləcək Dövlətabad-Sərəxs (Türkmənistan) -Xangiran(İran) boru kəmərinin açılış mərasimində iştirak etmək üçün Türkmənistan paytaxtında olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]