...

Gürcüstanın dövlət naziri dövlət strategiyasını Avropa Şurasına təqdim etmək üçün Strasburqa yola düşüb

Siyasət Materials 2 Fevral 2010 11:38 (UTC +04:00)
Gürcüstanın dövlət naziri Temur Yakobaşvili Cənubi Osetiya və Abxaziyaya dair Gürcüstan dövlət strategiyasını təqdim etmək üçün Fransaya bu gün səhər yola düşüb.
Gürcüstanın dövlət naziri dövlət strategiyasını Avropa Şurasına təqdim etmək üçün Strasburqa yola düşüb

Gürcüstan, Tbilisi, 2 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın dövlət naziri Temur Yakobaşvili Cənubi OsetiyaAbxaziyaya dair Gürcüstan dövlət strategiyasını təqdim etmək üçün Fransaya bu gün səhər yola düşüb.

Avropa Şurasının Nazirlər komitəsində fevralın 3-ü Cənubi Osetiya və Abxaziyaya dair Gürcüstan dövlət strategiyası müzakirə olunacaq. Strategiyanın həyata keçirilməsində Avropa Şurasının rolunu komitə müəyyən edəcək.

Gürcüstan tərəfi geniş beynəlxalq ictimayyəti öz strategiyası ilə tanış etməyə hazılaşır.

Xəbər lenti

Xəbər lenti