...

Ankara-Yerevan münasibətlərində irəliləyiş olmayacaq - Türkiyə Baş nazirinin müşaviri

Siyasət Materials 10 Fevral 2010 16:53 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Ramazanoğlu hesab edir ki, Ermənistan Prezidentinin Türkiyə ilə imzalanan prokolları ratifikasiya edilməsi üçün parlamentə göndərməsinə baxmayaraq, Dağlıq Qarabağ problemi həll olmadan iki ölkə münasibətlərində irəliləyiş olmayacaq.
Ankara-Yerevan münasibətlərində irəliləyiş olmayacaq - Türkiyə Baş nazirinin müşaviri

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Ramazanoğlu hesab edir ki, Ermənistan Prezidentinin Türkiyə ilə imzalanan prokolları ratifikasiya edilməsi üçün parlamentə göndərməsinə baxmayaraq, Dağlıq Qarabağ problemi həll olmadan iki ölkə münasibətlərində irəliləyiş olmayacaq.

"Dağlıq Qarabağ problemi həll olmadan Ankara-Yerevan münasibətlərində müsbət irəliləyiş olmayacaq. Sarkisyanın protokolları ratifikasiya üçün parlamentə göndərməsi növbəti siyasi manevrdir", - Razamanoğlu çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı : Ermənistan Prezidenti Serj Sarkisyan bu gün öz administrasiyasının əməkdaşlarına Ermənistan-Türkiyə protokollarını yaxın günlərdə ölkə parlamentinin ratifikasiyasına göndərmək tapşırığı verib.

Mediamaks-ın xüsusi müxbirinin Londondan bildirdiyi kimi, Ermənistan Prezidenti bu barədə bu gün "Çattem haus" kimi tanınan Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı deyib.

Fevralın 9-da Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülün ünvanına müraciətlə çıxış edərək, Ankaranı əldə olunmuş müqaviləyə riayət etməyə çağırıb.

Ramazanoğlunun sözlərinə görə, Ermənistan Parlamenti protkolları təsdiq etsə belə, Ankaranın adekvat addımla çıxış edəcəyi inandırıcı deyil.

"Ermənistan Prezidenti imzalanan ratifikasiya edilməsi üçün protokolları parlamentə göndərməklə, Ankaranın atacağı addımları dəqiqləşdirmək niyyətindədir", - Ramazanoğlu qeyd edib.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşıdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, əgər Ermənistan Konstitusiya Məhkəməsi iki ölkə arasındakı protokollar üzrə öz qərarına yenidən baxmasa, bu zaman Ankara və Yerevan arasındakı diplomatik əlaqələrin pozula biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti