Gürcüstan, Tbilisi, 2 mart / Trend , müxbir N.Kirsxaliya/
Martın 3-də Latviya Seyminin sədri Qundars Daudze Gürcüstana rəsmi səfər edəcək. Üçgünlük səfər zamanı Gürcüstan Parlamentinin sədri Daviq Bakradze ilə görüş nəzərdə tutulub. Görüşün yekunları üzrə birgə brifinq keçiriləcək.
Latviyalı qonaq həmçinin parlament müxalifəti ilə görüşəcək.
Daudzenin Baş nazir Nika Gilauri, reinteqrasiya məsələləri üzrə dövlət naziri Timur Yakobaşvili və ölkə prezidenti Mixail Saakaşvili ilə görüşləri planlaşdırılıb.
Səfər çərçivəsində Latviya Seyminin sədri Siqnaxidə olacaq, Pirosmani ekspozisiyasına baxacaq. Həmçinin Tbilisi muzeyinə, Xaç monastrına və digər görməli yerlərə səfərlər təşkil olunacaq.
Daudze Gürcüstandakı Latviya icmasının nümayəndələri ilə də görüşəcək.