...

Bavariyanın dövlət naziri Bakıya gələcək - səfir

Siyasət Materials 3 Mart 2010 16:32 (UTC +04:00)
Bavariyanın dövlət naziri Emiliya Müllerin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 21-22-də Bakıda səfərdə olacaq.
Bavariyanın dövlət naziri Bakıya gələcək - səfir

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir M.Əliyev/

Bavariyanın dövlət naziri Emiliya Müllerin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 21-22-də Bakıda səfərdə olacaq. Bu barədə Trend -a Almaniyanın Azərbaycandakı səfiri Per Stankina məlumat verib.

Onun sözlərinə görə, səfər Bavariya və Azərbaycan arasında əlaqələrin qurulması məqsədi ilə təşkil olunub. "Ötən il Baden-Vürtenberq əyalətinin Baş nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana belə səfər edib", - səfir bildirib.

Dövlət naziri səfər zamanı Azərbaycan hökumətinin nümayəndələri ilə işğüzar görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti