...

Bakıda Xəzərdə təhlükəsizlik məsələsi müzakirə olunacaq

Siyasət Materials 3 Mart 2010 20:34 (UTC +04:00)
Martın 11-12-də Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.
Bakıda Xəzərdə təhlükəsizlik məsələsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir M.Əliyev/

Martın 11-12-də Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.

Onun sözlərinə görə, görüşdə nazir müavinləri ilə yanaşı, sərhəd xidməti, gömrük xidməti, DİN, FHN nümayəndələri də iştirak edəcək, belə ki, görüşdə təhlükəsizlik məsələsi də müzakirə olunacaq.

"Əgər görüşdə biz hər hansı bir məsələyə dair razılıq əldə edə bilsək, bu zaman həmin məsələlər prezidentlərin görüşü planına daxil ediləcək", - Xələfov deyib.

O qeyd edib ki, Xəzəryanı ölkələrin prezidentlərinin görüşünə dair hazırlıq gedir və həmin görüş çərçivəsində həm Xəzərin statusu məsələsi, həm də Xəzərdə təhlükəsizlik məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti