...

Azərbaycanın İspaniyadakı səfirliyi Novruz Bayramını qeyd edib

Siyasət Materials 21 Mart 2010 11:56 (UTC +04:00)
Azərbaycanın İspaniyadakı səfirliyində Novruzun gəlişi ilə əlaqədar bayram keçirilmişdir. Bu barədə Trend News-a Xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın İspaniyadakı səfirliyi Novruz Bayramını qeyd edib

Azərbaycan, Bakı, 21 mart / Trend , müxbir R.Daraxşan/

Azərbaycanın İspaniyadakı səfirliyində Novruzun gəlişi ilə əlaqədar bayram keçirilmişdir. Bu barədə Trend -a Xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə əllidən artıq Madrid və İspaniyanın digər şəhərlərində yaşayan həmvətənlərimiz, Azərbaycan diasporunun üzvləri, ictimai təşkilatlarının üzvləri, tələbələr və digər xarici qonaqlar iştirak etmişlər.

Səfir Altay Əfəndiyev çıxışı zamanı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd həmin ölkədə yaşayan həmvətənlərimizin səfirlik ilə daima sıx təmasda və bütün məsələlərdə daha həmrəy olmağa çağırmaq ilə yanaşı səfirlik tərəfindən hər zaman soydaşlarımıza kömək və qayğı göstəriləcəyinin vurğulanması idi.

Xəbər lenti

Xəbər lenti