...

BMT Tbilisidə "Narkotiklər və cinayətlər" adlı Qafqaz ofisi açacaq

Siyasət Materials 25 Mart 2010 10:40 (UTC +04:00)
BMT apreldə Tbilisidə "Narkotiklər və cinayətlər" Qafqaz ofisini açmaq niyyətindədir. Bu barədə "Gürcüstan risklərin azaldılması şəbəkəsi" qeyri-hökumət təşkilatının rəhbəri David Otiaşvili xristian-demokrat fraksiyasının deputatları ilə görüşündə bildirib.
BMT Tbilisidə "Narkotiklər və cinayətlər" adlı Qafqaz ofisi açacaq

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

BMT apreldə Tbilisidə "Narkotiklər və cinayətlər" Qafqaz ofisini açmaq niyyətindədir. Bu barədə "Gürcüstan risklərin azaldılması şəbəkəsi" qeyri-hökumət təşkilatının rəhbəri David Otiaşvili xristian-demokrat fraksiyasının deputatları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ofis ölkədə narkotika qanunvericiliyinin tənzimlənməsi üzərində işləyəcək və Gürcüstan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına dair tövsiyələr verəcək.

Otiaşvili hesab edir ki, Gürcüstanda narkomaniya probleminə kompleks yanaşma, ən əsası isə problemin həllində siyasi iradə yoxdur. Onun sözlərinə görə, narkotik maddə istifadəçiləri ən çox güc strukturlarının deyil, səhiyyə sisteminin diqqətində olmalıdırlar.

Xristian-demokratlar qeyri-hökumət sektoru ilə görüşlərə başlayıblar. Məqsəd əldə olunan informasiya və tövsiyələr əsasında narkomaniya problemləri üzrə müvafiq qanunvericilik təşəbbüsünün hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti