...

İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 27 Mart 2010 12:06 (UTC +04:00)
Prezident İlham Əliyev yunanıstanlı həmkarı Karolos Papulyasa ünvanladığı təbrik teleqramında iki ölkə arasında ikitərəfli münasibətlərin, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığın geniş inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımların hər iki xalqın mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 27 mart / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib. Şənbə günü AzərTAc Dövlət Agentliyi bu barədə xəbər verib.

Prezident İlham Əliyev yunanıstanlı həmkarı Karolos Papulyasa ünvanladığı təbrik teleqramında iki ölkə arasında ikitərəfli münasibətlərin, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığın geniş inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımların hər iki xalqın mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

"Yunanıstanın Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına sülh və rifah arzulayıram", - təbrikdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti