...

Avropa Şurasının baş katibi Gürcüstan-Osetiya müharibəsi ilə bağlı yeni hesabat hazırlayacaq

Siyasət Materials 29 Mart 2010 17:41 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Gürcüstan-Osetiya müharibəsi ilə bağlı yeni hesabat hazırlayacaq. Bu qərar Strasburqda AŞ nazirlərinin müavinləri komitəsinin 1080-ci iclasında qəbul olunub.
Avropa Şurasının baş katibi Gürcüstan-Osetiya müharibəsi ilə bağlı yeni hesabat hazırlayacaq

Gürcüstan, Tbilisi, 29 mart / Trend , müxbur N.Kirsxaliya/

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Gürcüstan-Osetiya müharibəsi ilə bağlı yeni hesabat hazırlayacaq. Bu qərar Strasburqda AŞ nazirlərinin müavinləri komitəsinin 1080-ci iclasında qəbul olunub.

"Komitə 2008-ci il Gürcüstan-Osetiya müharibəsinin nəticələri ilə bağlı hesabatlar sisteminin dəyişdirilməsi üzrə Avropa Şurası baş katibinin yeni təklifini nəzərdən keçirib. Təşkilat üzvləri bu məsələyə dair bütün qərarların saxlanmasını yekdilliklə qərara alıblar və baş katibi Gürcüstan-Osetiya müharibəsinin nəticələri üzrə yeni konsolidasiya olunmuş hesabat təqdim etməyə çağırıblar", - Gürcüstan XİN-in bəyanatında deyilir.

Yeni sistemdə baş katibin ötən ilin 11 fevral tarixli hesabatında olan üç mühüm element saxlanılıb: işğal olunmuş ərazilərdə insan hüquqlarının vəziyyəti, Gürcüstan və Rusiyanın AŞ qarşısında götürdükləri öhdəliklərin icrasının monitorinqi, həmçinin Avropa Şurasının bu iki çağırışın aradan qaldırılması üzrə fəaliyyəti.

Gürcüstan XİN yeni hesabatın apreldə təqdim olunacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti