Azərbaycan Prezidenti Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Siyasət Materials 1 Aprel 2010 13:41 (UTC +04:00)
Dövlətimizin başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edərək gül dəstələri qoyub.
Azərbaycan Prezidenti Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfərə gəlib. AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edərək gül dəstələri qoyub.

Prezident İlham Əliyev meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Məlumat verilib ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılıb. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilmiş, 22 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti