...

Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının sədrini qəbul edib

Siyasət Materials 14 Aprel 2010 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib.
Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb

Dövlətimizin başçısı Mövlud Çavuşoğlunu AŞ PA sədri seçilməsi münasibətilə təbrik edib. Türkiyə nümayəndəsinin bu quruma sədr seçilməsini ədalətli qərar kimi qiymətləndirən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi dövrdə Avropa Şurası Parlament Assambleyası üzərinə düşən vəzifələri uğurla icra edəcək. Dövlətimizin başçısı, eyni zamanda, Mövlud Çavuşoğlunun AŞ PA sədri kimi ilk səfərlərindən birinin Azərbaycana etməsini yüksək qiymətləndirib və bu səfərin Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu AŞ PA sədri seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, AŞPA-da uzun illər Azərbaycanın parlament nümayəndə heyəti ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti