...

Azərbaycan cəmiyyətinin tolerant inkişafı RF subyektləri üçün müsbət nümunədir

Siyasət Materials 15 Aprel 2010 15:27 (UTC +04:00)
Azərbaycan cəmiyyətinin stabil və tolerant inkişafı Rusiya Federasiyasının bütün subyektləri üçün yaxşı nümunə ola bilər. Belə ki, bu subyektlərdə əhalinin böyük hissəsi islam dininə etiqad edir. Rusiyalı general Arkadi Yedelev belə hesab edir.
Azərbaycan cəmiyyətinin tolerant inkişafı RF subyektləri üçün müsbət nümunədir

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan cəmiyyətinin stabil və tolerant inkişafı Rusiya Federasiyasının bütün subyektləri üçün yaxşı nümunə ola bilər. Belə ki, bu subyektlərdə əhalinin böyük hissəsi islam dininə etiqad edir. Rusiyalı general Arkadi Yedelev belə hesab edir.

"Azərbaycan regionda lider mövqe tutur ki, bu da harmonik dünyəvi müsəlman dövlətinin qurulmasında bizim üçün ibrətamiz nümunədir", - o, jurnalistlərə deyib. - "Məhz bu sahədə biz təbliğat aparmalı və Şimali Qafqaz regionu üçün Azərbaycanın təcrübəsindən istifadə etməliyik".

Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Yedelev cümə axşamı Bakıda keçirilən "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda konfransda iştirak edib. Görüş Avropa Tədqiqatlar İnstitutunun təşəbbüsü ilə keçirilir.

Yedelev qeyd edib ki, Şimali Qafqazda vəziyyət ümumilikdə stabildir.

"Terror təzahürləri canlanır, lakin Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları bu terrorçu qruplaşmaların ayrı-aryı liderlərinin məhv edilməsi yolu ilə bu cür hallara qarşı uğurla mübarizə aparır", - o deyib.

"Rusiyanın hüquq-mühafizə orqanları və Azərbaycan Milli Təhlükəsilzik Nazirliyi arasında sərhədyanı əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir", - general deyib. Onun sözlərinə görə, beynəlxalq xətti keçən cinayətkarların və terrorçuların axtarışı və şəxsiyyətlərinin müəyyən olunması sahəsində qarşılıqlı operativ informasiya mübadiləsi aparılır.

Xəbər lenti

Xəbər lenti