Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 26-28-də Türkiyədə işgüzar səfərdə olacaq. Trend-ə Gürcüstan XİN-dən verilən məlumata görə, Qriqol Vaşadzenin səfəri çərçivəsində rəsmi görüşlər aprelin 27-də başlayacaq.
O, türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək.
Həmin gün Gürcüstanın xarici siyasət idarəsinin rəhbərini Türkiyə Prezidenti Abdullah Gül qəbul edəcək.
Tərəflər ikitərəfli münasibətlərə və Cənubi Qafqazda vəziyyətə dair aktual məsələləri müzakirə edəcəklər.